15 aprel 2025, çərşənbə axşamı Bakı, 11°C
IMG-LOGO

Elektron viza ilə Rusiyaya gələn əcnəbilər ölkədə 30 gün qala biləcəklər

10-04-2025
IMG

Rusiyanın baş naziri Mixail Mişustin elektron viza (e-Visa) ilə Rusiyaya gələn xarici vətəndaşların qalma müddətinin 16 gündən 30 günə qədər artırıldığını açıqlayıb.

Mişustin 2 il ərzində 64 ölkə vətəndaşının elektron viza ilə Rusiyaya səfər edə bildiyini və bu müddət ərzində bir milyondan çox insanın elektron vizadan yararlandığını bildirib.

Elektron vizanın etibarlılıq müddətinin 60 gün əvəzinə 120 gün olacağı barədə məlumatı paylaşan Mişustin bunun xarici vətəndaşların Rusiyada daha çox səyahət etməsinə imkan yaradacağını bildirib.

Paylaş: