İsrailin texnoloji şirkətləri Azərbaycanda ofislər açmağa, istehsal müəssisələri yaratmağa dəvət edilib
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev İsrailə işgüzar səfəri çərçivəsində innovasiya, elm və texnologiya naziri Qila Qamliel ilə görüş keçirib.
Nazirlikdən bildirilib ki, görüş zamanı iki ölkə arasında innovasiya, süni intellekt, kibertəhlükəsizlik, kosmos sahələrində əməkdaşlıq və qanunvericilik bazasının təkmilləşdirilməsi məsələləri müzakirə olunub.
Nazir Rəşad Nəbiyev İsrailin texnoloji şirkətlərini Azərbaycanda ofislər açmağa, biliyə əsaslanan istehsal müəssisələri, İT tədris mərkəzləri və yüksək texnologiyalar sahəsində Mükəmməllik Mərkəzi yaratmağa dəvət edib.
Görüşün nəticəsi olaraq iki ölkə arasında elm sahəsində əməkdaşlıq proqramına dair Anlaşma Memorandumu imzalanıb.
Hacıqabul Sənaye Parkında 280 milyon...
Azərbaycanda birinci texniki dərəcəli...
Agentlik: Birinci rübdə istehlakçılara...
Ağdam-Xankəndi dəmir yolu xəttinin...
Bu il Azərbaycana özəl daşıyıcılar...