Pakistanda avtobus qəzasında 11 nəfər həlak olub
Pakistanda ağır yol-nəqliyyat hadisəsi nəticəsində qadın və uşaqlar da daxil olmaqla, azı 11 nəfər ölüb, səkkiz nəfər isə yaralanıb. Yaralılar təcili olaraq yaxınlıqdakı xəstəxanalara aparılıb.
Fhnews.az xəbər verir ki, yerli polis idarəsinin məlumatına görə, qəza ölkənin şərqindəki Pəncab əyalətinin Caranvala rayonunda baş verib. Sürətlə hərəkət edən avtobusun rikşa ilə toqquşması nəticəsində altı nəfər hadisə yerində, yaralanan beş nəfər isə xəstəxanaya aparılarkən yolda həyatını itirib. Həkimlər yaralılardan üçünün vəziyyətinin ağır olduğunu bildirirlər.
İlkin araşdırmalara görə, qəza avtobus sürücüsünün sürət həddini aşması və səhlənkarlığa yol verməsi səbəbindən meydana gəlib.
ABŞ-da təyyarə hava limanı yaxınlığında...
Dəri zədələnməsi qida allergiyasına...
Osmanlıda mərhəmət və estetikanın...
Baharın müjdəçisi olan lalələrin qarla...
Türkiyədə Qədim Kibyra şəhərindəki...