12 aprel 2025, şənbə Bakı, 8°C
IMG-LOGO

Cəbrayılda sursat partlayışı nəticəsində xəsarət alan hərbçi dünyasını dəyişib

07-04-2025
IMG

Xidməti vəzifəsini yerinə yetirərkən Cəbrayıl rayonu ərazisində aşkar edilən sursat partlayışı nəticəsində Lənkəran rayonundan olan hərbçi Əsgər Musazadə ağır xəsarətlər alıb.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən verilən məlumata görə, ona ilkin tibbi yardım göstərilsə də həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Hərbi Prokurorluqda və DSX-də araşdırmalar aparılır.

Paylaş: