Xəbərdarlıq: Aprelin 8-dən 12-dək şimal və qərb rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən aprelin 8-i gündüz şimal və qərb rayonlarından başlayaraq 12-si gündüzədək hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.
Xidmətdən verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimal olunur.
Havanın temperaturu ayın 9-dan ötən günlərlə müqayisədə tədricən 5-10° enəcək.
Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.
FHN: Sabunçuda tuneldən suyun çəkilməsi...
ADY gücləndirilmiş iş rejimində...
DİN: Yola çıxarkən ehtiyatlı olun, yol...
FHN: Su basmış yerlərdə ümumilikdə 53...
Vətən müharibəsindən sonra 493 hərbçi...