ABŞ-İran danışıqları aprelin 12-də Omanda keçiriləcək
İranın xarici işlər naziri Abbas Erakçi İran və ABŞ arasında danışıqların aprelin 12-də Omanda başlayacağını açıqlayıb.
Erakçi X sosial media hesabından paylaşdığı mesajda "İran və ABŞ şənbə günü Omanda yüksək səviyyəli dolayı danışıqlarda görüşəcək. Bu həm bir fürsət, həm də sınaqdır"- deyə bildirib. 2018-ci ildə ölkəsini İranla nüvə sazişindən birtərəfli qaydada çıxaran ABŞ prezidenti Donald Tramp ötən ay İran lideri Ayətullah Əli Xameneiyə məktub göndərərək İranla birbaşa nüvə danışıqlarına çağırıb. İran məktuba Oman vasitəsilə cavab verərək, birbaşa danışıqlara getməyəcəklərini və yalnız dolayı danışıqlara hazır olduqlarını açıqlayıb.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi dünən Tehranda keçirdiyi mətbuat konfransında Vaşinqtonun təklif etdikləri dolayı danışıqlar formatı ilə bağlı qərarını gözlədiklərini bildirib. Bekayi Omanın vasitəçilik üçün əsas namizəd olduğunu deyib.
Dünya okeanları bənövşəyi rəngə çevrilə...
Kompüter tomoqrafiyası səbəbindən...
Misir beş il ərzində Süveyş kanalından...
Çin kosmosda yeni dövrə başlayır: Yer-Ay...
Alimlər ilk dəfə laboratoriyada insan...