9 aprel 2025, çərşənbə Bakı, 10°C
IMG-LOGO

Monteneqroda Gelibolu Döyüşləri Səyyar Muzeyi ziyarətçilərin ixtiyarına verilib

07-04-2025
IMG

Gelibolu Döyüşlərində əşyaların yer aldığı və rəqəmsal şouların təqdim edildiyi "Çanaqqala Döyüşləri Səyyar Muzeyi" Monteneqronun paytaxtında nümayiş edilir.

Podqoritsada açılan muzeydə ziyarətçilərə müharibə dövrünə aid materiallar  və videoçarxlar təqdim edilib.

Qeyd edək ki, Gelibolu Tarix Bölgəsi Müdirliyi tərəfindən həyata keçirilən layihə çərçivəsində 2021-ci ildən müəyyən edilmiş marşrut üzrə səyyar muzey sərgilənir.

Çanaqqalanın ruhunu gələcək nəsillərə çatdırmaq üçün hazırlanan muzeydə o dövrə aid fotoşəkillər, döyüş əşyaları və tarixi əsərlər toplanıb. Bundan əlavə, rəqəmsal şoular da təklif olunur.

Podqoritsadan sonra Rojaye şəhərinə gedəcək səyyar muzey digər Balkan ölkələri ilə də marşrutunu davam etdirəcək.

Paylaş: