Maliyyə bazarlarının tənzimlənməsi sahəsində Qazaxıstanın təcrübəsi müzakirə olunub
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Qazaxıstanın Maliyyə Bazarının Tənzimlənməsi və İnkişafı Agentliyinin sədri Mədinə Abılkasımovanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
AMB-dan bildirilib ki, görüşdə Mərkəzi Bank tərəfindən “2024-2026-cı illərdə maliyyə sektorunun inkişafı Strategiyası” çərçivəsində icra olunan strateji təşəbbüslər barədə geniş məlumat Qazaxıstan nümayəndə heyətinin diqqətinə çatdırılıb.
Görüş zamanı maliyyə sabitliyinin təmin olunması, bank və sığorta nəzarəti sahəsində tətbiq olunan yanaşmalar, həmçinin maliyyə bazarlarının tənzimlənməsi sahəsində Qazaxıstanın təcrübəsi müzakirə olunub.
Görüş qurumlar arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi imkanları və qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi ilə davam edib.
Hacıqabul Sənaye Parkında 280 milyon...
Azərbaycanda birinci texniki dərəcəli...
Agentlik: Birinci rübdə istehlakçılara...
Ağdam-Xankəndi dəmir yolu xəttinin...
Bu il Azərbaycana özəl daşıyıcılar...