9 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Avstriyada dabaq epidemiyası: 24 sərhəd qapısı bağlanıb

07-04-2025
IMG

Avstriya dabaq xəstəliyinin yayılması və ölkəyə girişin qarşısını almaq üçün qonşuları Macarıstan və Slovakiya ilə 24 sərhəd qapısını bağlayıb.

Slovakiyada üç fermada xəstəlik aşkar edildikdən sonra fövqəladə vəziyyət elan edilib. Son 50 ildə ilk yüksək yoluxucu xəstəlik epidemiyası Macarıstanda görülüb. Ölkə Slovakiya və Avstriya ilə sərhəddəki bir bölgədə xəstəliyə nəzarət etmək üçün əsgərlər yerləşdirərək dezinfeksiya tədbirlərinə başlayıb. Avstriya səhiyyə orqanları Macarıstan və Slovakiya ilə açıq qalan bir neçə sərhəd keçidində ciddi yoxlamalara başlayıb.

Paylaş: