17 aprel 2025, cümə axşamı Bakı, 12°C
IMG-LOGO

Birinci Dünya Müharibəsində batmış Fransanın “Paris 2” döyüş gəmisinin qalıqları üzə çıxıb

08-04-2025
IMG

Birinci Dünya Müharibəsi zamanı Antalyanın Kəmər sahillərində batan Fransanın "Paris 2" hərbi gəmisinin qalıqları görüntülənib. Gəminin son vəziyyəti və ətrafındakı zəngin ekosistem ətraflı şəkildə müşahidə olunub. Görüntülərdə qəzaya uğramış gəmi,hərbi sursatları və onun ətrafındakı çoxlu dəniz canlıları əks olunur.

Bu, Birinci Dünya Müharibəsində kapitan Mustafa Ərtoğrul Akerin komandanlığı altında artilleriya batareyası tərəfindən batırılan "Paris 2" fransız döyüş gəmisidir. Uzunluğu 50 metr, dərinliyi isə təxminən 30 metrdir. Üzərindəki hərbi sursatların çoxu alınsa, hətta bir neçə kirəmit qalsa belə hələ də cazibədarlığını qoruyub saxlayır. Qalıqları 1995-ci ildə aşkar edilən “Paris 2”  hərbi gəmisi  yay mövsümündə çoxsayda insan tərəfindən ziyarət edilir.

Paylaş: