Meksikada ilk dəfə bir insanda 'H5N1' tipli quş qripi aşkarlanıb
Meksika Səhiyyə Nazirliyi ölkədə ilk dəfə olaraq insanda 'H5N1' tipli quş qripinin aşkar edildiyini bildirib. Nazirliyin açıqlamasında bildirilir ki, ölkənin şimalındakı Duranqo əyalətində 3 yaşlı qız uşağında quş qripi olduğu təsdiqlənib. Aprelin 1-də köçürüldüyü Torreon şəhərindəki xəstəxanada qız üzərində aparılan analizdə 'H5N1' virusu müsbət çıxıb.
Meksika rəsmiləri hələlik 'H5N1'in insandan insana keçməsinə dair heç bir dəlil olmadığını bildiriblər. Mütəxəssislər xəstə və ya ölü ev quşları və ya vəhşi heyvanlarla təmasdan sonra öskürək, tənəffüs çətinliyi, baş ağrısı, qusma və göz qızartısı kimi şübhəli simptomlar yaranarsa, həkimə müraciət etməyi tövsiyə edir.
Dominikanda əyləncə məkanının damının...
Avstriya rəqəmsal mesajlaşma...
Dünyanın ən kosmopolit şəhəri...
Filippində Kanlaon vulkanı püskürüb...
İzmit körfəzində neft tankerində yanğın...