Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşlər keçirilib
İqtisadiyyat naziri Mikayıl Cabbarov dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Təbriz Əmmayev və Toğrul Yaqublu ilə görüşlər keçirib.
Fhnews.az İqtisadiyyat Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, nazir müsabiqədə əldə etdikləri uğur münasibətilə qalibləri təbrik edib, müsabiqənin onların peşəkar inkişafında önəmini vurğulayıb.
Görüşdə qaliblərin maraq dairələri və karyera hədəfləri, mentorluq proqramından gözləntiləri dinlənilib. Proqram çərçivəsində görüləcək işlər və gənclərin peşəkar səriştələrinin artırılması ilə bağlı fikir mübadiləsi aparılıb. Yeni iqtisadi tendensiyalar, sahibkarlığın inkişafı kimi məsələlər ətrafında da müzakirələrin aparıldığı görüşdə iqtisadiyyat naziri gənc və yüksəkixtisaslı kadrların ölkənin iqtisadi inkişafına verdiyi töhfəni vurğulayıb.
Nazir hər iki qalibə bilik və bacarıqlarının artırılması ilə bağlı tövsiyələr verib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Hacıqabul Sənaye Parkında 280 milyon...
Azərbaycanda birinci texniki dərəcəli...
Agentlik: Birinci rübdə istehlakçılara...
Ağdam-Xankəndi dəmir yolu xəttinin...
Bu il Azərbaycana özəl daşıyıcılar...