ABŞ Ali Məhkəməsi venesuelalı miqrantların deportasiyasına icazə verib
ABŞ Ali Məhkəməsi Tramp administrasiyasına Yad Düşmənlər Aktı adı altında venesuelalı miqrantları deportasiya etməyi davam etməyə icazə verib.
Fhnews.az xəbər verir ki, məhkəmənin qərarına əsasən lakin onlar ABŞ-dan deportasiya edilməzdən əvvəl məhkəmə dinləmələri keçirilməlidir.
5 hakim qərarın lehinə, 4 hakim əleyhinə səs verib. Bildirib ki, administrasiya deportasiya edəcəyi venesuelalılara məhkəməyə müraciət etmək üçün müəyyən vaxt verməlidir.
1798-ci ildə qəbul olunmuş Xarici Düşmənlər Aktı hökumətə müharibə vəziyyətində düşmən ölkənin vətəndaşlarını ölkədən çıxarmaq və ya nəzarətə almaq səlahiyyəti verir. Sonuncu dəfə İkinci Dünya müharibəsində bu aktdan istifadə edilib.
Dünya okeanları bənövşəyi rəngə çevrilə...
Kompüter tomoqrafiyası səbəbindən...
Misir beş il ərzində Süveyş kanalından...
Çin kosmosda yeni dövrə başlayır: Yer-Ay...
Alimlər ilk dəfə laboratoriyada insan...