21 aprel 2025, bazar ertəsi Bakı, 11°C
IMG-LOGO

Stolüstü tennisçilərimiz Gimnaziadada mübarizəyə başlayıblar

07-04-2025
IMG

Serbiyada keçirilən Gimnaziada İdman Oyunlarında stolüstü tennis yarışlarına start verilib.

Fhnews.az xəbər verir ki, Azərbaycanın oğlan və qızlardan ibarət yığmaları hərəyə 3 oyunda mübarizə aparıblar. Oğlanlardan ibarət millimiz ilk görüşdə Hindistan-1-lə üz-üzə gəlib. Onur Quluzadə, Tunar Bağırov, Uğur Nəzərli və Şakir Qədirovdan ibarət yığma oyunlara qələbə ilə başlayıb. Onlar rəqiblərini 5:2 hesabı ilə məğlub ediblər. Komanda daha sonra Braziliyaya 3:4 hesabı ilə uduzsa da, Uqanda-2-yə 6:1 hesabı ilə qalib gəlib. Qrupda son oyunumuz sabah İraq millisinə qarşı olacaq.

Qızlardan ibarət yığma - Yağmur Məmmədli, Banu Baytallı, Xədicə Eylazova və Mələk Əhmədzadədən ibarət komandamız isə Çinlə üz-üzə gəlib. Yığma rəqibinə 0:7 hesabı ilə uduzub. Millimiz ardınca Serbiyaya 1:6 hesabı ilə məğlub olsa da, Bosniya və Herseqovinanın Serb Respublikasına 7:0 hesabı ilə qalib gəlib. Qrupda son oyunlar sabah keçiriləcək. Rəqiblərimiz Braziliya və Şimali Makedoniya olacaq.

7 aprel

Qrup mərhələsi

Oğlanlar, komanda yarışları

Azərbaycan – Hindistan – 5:2

Azərbaycan – Braziliya – 3:4

Azərbaycan – Uqanda-2 – 6:1

Qızlar, komanda yarışları

Azərbaycan – Çin – 0:7

Azərbaycan – Serbiya – 1:6

Azərbaycan - Bosniya və Herseqovinanın Serb Respublikası – 7:0

Qeyd edək ki, oğlanlarda qrupda ilk 2 yeri tutacaq komandalar 1/4, qızlarda 1/2 finala vəsiqə qazanacaq.

Paylaş: