16 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

2030-cu ilədək moda sənayesi tullantılarını 45 faiz azaltmaq mümkündür

07-04-2025
IMG

“Cascale” şirkətinin baş direktoru Kolin Braun toxuculuq və moda sənayesinin – brendlərin, istehsalçıların və pərakəndə satıcıların iqlim dəyişikliyi ilə mübarizədə birgə fəaliyyətinin vacibliyini vurğulayıb.

Fhnews.az “Euronews”a istinadla xəbər verir ki, bu barədə Kolin Braun telekanala müsahibəsində bildirib.

Qeyd olunur ki, Ümumdünya Ticarət Təşkilatının məlumatına görə, Aİ 2023-cü ildə təxminən 176,9 milyard avro dəyərində geyim satın alaraq dünyanın ən böyük tekstil və geyim idxalçısı olub. İttifaq daxilində əsas idxalçılar Fransa, Almaniya, İtaliya və İspaniyadır.

Bu, çox aşağı qiymətlərlə məhsullar təklif edən “Temu” və “Shein” kimi şirkətlər sayəsində son illərdə görülən sürətli modanın populyarlığının artması ilə bağlıdır.

Brendlərin, istehsalçıların və pərakəndə satıcıların qlobal qeyri-kommersiya ittifaqı olan “Cascale”yə görə, avropalı istehlakçılar hər il təxminən 42 ədəd geyim alır və bu müddətdə zibilliyə təxminən 12 kiloqram tekstil məhsulları göndərirlər.

Paylaş: