İctimai-iaşə obyektlərində növbəti monitorinqlər keçiriləcək
Ölkə ərazisində fəaliyyət göstərən restoran və ictimai-iaşə obyektlərindən havaya atılan tullantıların mövcud normativlərə uyğunluğunu müəyyən etmək məqsədilə növbəti monitorinqlərə başlanılır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən aprelin 14-dən iaşə obyektləri və restoranların ətrafında ölçmə işləri aparılacaq, havaya normadan artıq tullantı atan obyektlər barəsində qanunamüvafiq tədbirlər görüləcək.
“Restoran və şadlıq saraylarının sahiblərini əvvəlcədən xəbərdar edirik ki, obyektlərindəki təmizləyici qurğuların texniki çatışmazlıqlarını aradan qaldırsınlar, qurğuların filtrlərini yeniləsinlər”, - deyə İ.İbrahimova qeyd edib.
İsmayıllıda zəlzələ qeydə alınıb...
Leysan xarakterli intensiv və güclü...
FHN: Sabunçuda tuneldən suyun çəkilməsi...
ADY gücləndirilmiş iş rejimində...
DİN: Yola çıxarkən ehtiyatlı olun, yol...