17 aprel 2025, cümə axşamı Bakı, 11°C
IMG-LOGO

Bəzi gimnaziya və liseylərə I sinfə qəbul prosesi müsabiqə yolu ilə qəbul aparılmayacaq

08-04-2025
IMG

Tədris digər dillərdə aparılan bölmələr üzrə müsahibədən uğurla keçmiş uşaqlar üçün əvvəlki illərdə prioritet və eyni zamanda, müsabiqə əsasında qəbul aparılan bəzi ümumi təhsil müəssisələrinə - “Ankara məktəbi” məktəb-liseyi, 160 nömrəli Klassik gimnaziya və İltifat Hacıyev adına “Tərəqqi” texniki-humanitar liseyin I sinfinə qəbul prosesi müsabiqə yolu ilə qəbul aparılmayacaq.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Qeyd edilən ümumi təhsil müəssisələrinin birinci siniflərinə yalnız prioritetlər üzrə və sərbəst qaydada qəbul aparılacaq. Tədris digər dillərdə aparılan bölmələr üzrə prioritet və eyni zamanda müsabiqə əsasında qəbul aparılan digər 6 ümumi təhsil müəssisəsinə müraciətlərin sayından asılı olaraq müsabiqələrin keçirilib keçirilməməsi barədə qərar proses dövründə veriləcək.

Paylaş: