16 aprel 2025, çərşənbə Bakı, 10°C
IMG-LOGO

Bəzi xarici şirkətlərdən ölkəmizə məhsul idxalına qadağa qoyulub

07-04-2025
IMG

Azərvaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı cari dövr ərzində ölkəmizə idxal olunan bir sıra qida məhsullarında uyğunsuzluqlar aşkarlanıb və müəyyən olunan konkret faktlar üzrə zəruri tədbirlər görülüb.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, aşkarlanan uyğunsuzluqlarla bağlı tənzimləmə tədbirləri çərçivəsində xaricdə fəaliyyət göstərən bəzi şirkətlərdən ölkəmizə məhsul idxalına qadağa tətbiq olunub.

Ukrayna Respublikasının “Shidzahid”, “Zagotservice”, "Myasador”, "VKP Verbovskoye" MMC istehsalçı şirkətlərinin dondurulmuş mal əti məhsullarında, həmçinin bu ölkənin “Lutskaya Agrarnaya Kompaniya” şirkətinin dondurulmuş toyuq ayağı məhsulunda aşkarlanan uyğunsuzluqlarla bağlı həmin şirkətlərdən ölkəmizə məhsul ixracına qadağalar tətbiq edilib.

Həmçinin Belarus Respublikasının SP "Santa Bremor" istehsalçı şirkətinin hisə verilmiş balıq filesi, “Qrodnenskiy Myasokombinat OAO”nun dondurulmuş mal əti, Braziliya Federativ Respublikasının “Masterboi” istehsalçı şirkətinin dondurulmuş mal əti, Monqolustan Respublikasının “Azat LLC” istehsalçı şirkətinin quzu əti, Rusiya Federasiyasının “Miratorg-Kurs” istehsalçı şirkətinin isə donuzun dondurulmuş sümüksüz əti məhsullarında aşkarlanan uyğunsuzluqlarla əlaqədar müvafiq sağlamlaşdırıcı tədbirlərin görülməsi üçün həmiən ölkələrin aidiyyəti qurumlarına bildiriş məktubları ünvanlanıb.

Paylaş: