17 aprel 2025, cümə axşamı Bakı, 11°C
IMG-LOGO

Azərbaycan Əbu-Dabidə Böhranların və Fövqəladə Halların İdarəsi üzrə Dünya Sammitində təmsil olunacaq

08-04-2025
IMG

Aprelin 8-də Əbu-Dabi şəhərində Böhranların və Fövqəladə Halların İdarə Olunması üzrə Dünya Sammiti işə başlayacaq. Sammit “Birlikdə qlobal davamlılıq yolunda” şüarı altında keçiriləcək.

Fhnews.az BƏƏ Xəbər Agentliyinə istinadla bildirir ki, aprelin 9-dək davam edəcək tədbirdə dünyada əlaqədar qurumların rəhbərləri, ekspertlər iştirak edəcəklər. Azərbaycanı bu tədbirdə Fövqəladə Hallar Nazirliyinin nümayəndə heyəti təmsil edəcək.

BƏƏ-nin Fövqəladə Hallar və Böhranların İdarə Edilməsi üzrə Milli Şuranın sədri Əli Səid əl-Niyadi bildirib ki, builki sammitdə hökumət nümayəndələri, nazirlər, siyasətçilər, fövqəladə hallar üzrə mütəxəssislər, beynəlxalq təşkilatlar, akademik dairələr və özəl sektor təmsil olunur. Zirvə çərçivəsində beynəlxalq və hökumət təşkilatları arasında bilik mübadiləsi və böhranların idarə edilməsi üçün inteqrasiya olunmuş siyasətlərin hazırlanmasına dair əməkdaşlıq sazişləri imzalanacaq.

Sammitin birinci günündə “Qlobal imkanlar”, “İmkanların körpüsü” adlı sessiyalar keçiriləcək. İkinci gündə “Qeyri-müəyyənliyin idarəsi” və “Adaptiv iqtisadiyyat” adlı sessiyalar təşkil olunacaq.

Bundan başqa, beynəlxalq tədbir ərzində altı əsas seminar təşkil ediləcək. Eyni zamanda, tədbir ərzində qurulacaq “Böhran idarəetmə texnologiyaları” və “Nəsillərin hazırlığı” adlı sərgilərdə son həllər və innovasiyalar nümayiş olunacaq.

Paylaş: