Şuşada növbəti əmək yarmarkası keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Şuşa şəhərində növbəti əmək yarmarkası keçirib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, yarmarkada təhlükəsizlik üzrə qrup rəhbəri, bağban, komendant, elektrik və s. işlər üzrə vakansiyalar təqdim edilib. Sakinlərə vakansiyalar, iş öhdəlikləri haqqında məlumatlar verilib.
Müraciət edənlərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.
Tədbirə qatılan şəxslərə işğaldan azad olunmuş ərazilərimizdə icra olunan aktiv məşğulluq proqramları barədə də məlumatlar verilib.
Azərbaycanla Bosniya və Herseqovina...
Leyla Əliyeva və Arzu Əliyeva Qəbələdə...
AHİK yeni sosial layihəyə başlayır...
DOST Agentliyi ilə Dünya Bankı arasında...
SPECA nazirlər görüşündə Azərbaycanın...