Təhsilverənlər üçün təlimin keçirilməsi qaydaları ilə bağlı müzakirə aparılıb
Məlum olduğu kimi, Mədəniyyət Nazirliyi sisteminə daxil olan, Bakı və Abşeron-Xızı regionlarını əhatə edən musiqi və incəsənət məktəblərində çalışan fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə təhsilverənlərin peşəkar bilik, bacarıq və səriştələrinin qiymətləndirilməsi məqsədilə attestasiya keçirilib. Attestasiya zamanı komissiya üzvləri tərəfindən 2 lehinə, 3 əleyhinə səslə tutduğu vəzifəyə uyğun hesab edilməyən təhsilverənlərin Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə müvafiq istiqamətlər üzrə təlimlərə cəlb edilməsi nəzərdə tutulur.
Nazirlikdən bildirilib ki, bu məqsədlə müvafiq sahə üzrə ekspertlərin iştirakı ilə Bakı Xoreoqrafiya Akademiyasında müzakirə keçirilib.
Qeyd edilən kateqoriyadan olan təhsilverənlər üçün təlimlərin məzmunu, müddəti, istiqamətləri və təşkilati məsələlər barədə fikir mübadiləsi aparılıb, gələcək addımlar üçün müvafiq meyarlar müəyyənləşdirilib.
Təlimlər zamanı peşəkar yanaşmanın təmin olunması məqsədilə aparıcı musiqi məktəblərinin müəllimləri, musiqi təmayüllü ali və orta ixtisas məktəblərindən mütəxəssislərin, həmçinin sahə üzrə müstəqil ekspertlərin də prosesə cəlb edilməsi məqsədəuyğun hesab olunub.
Planlaşdırılan təlimlər mədəniyyət təhsili sahəsində keyfiyyətin artırılması və şəffaflığın təmin edilməsi baxımından əhəmiyyətli addımdır.
Təlimlərin təşkili ilə bağlı daha ətraflı məlumat yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.
“Dövlət dəstəyi ilə istehsal ediləcək...
Bu gün Dünya İncəsənət Günüdür...
Milli Kitabxanada Əməkdar incəsənət...
Antalyada mədəniyyətin birləşdirici və...
Azərbaycan Astanada II Mərkəzi Asiya...