Azərbaycanın 5 sərbəst güləşçisi Avropa çempionatında mübarizəyə başlayır
Bu gün Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə Avropa çempionatına start veriləcək.
Fhnews.az xəbər verir ki, ilk yarış günündə Azərbaycanın 5 sərbəst güləşçisi xalça üzərinə çıxacaq.
Yarışa 1/4 finaldan başlayacaq İslam Bazarqanovun (54 kiloqram) rəqibi hələlik bəlli deyil. Əli Rəhimzadə (65 kiloqram) isə 1/8 finalda belçikalı Ayub Musayevlə qarşılaşacaq.
Kənan Heybətov (70 kiloqram), Orxan Abasov (79 kiloqram) və Abubakr Abakarov (97 kiloqram) mübarizəyə təsnifat mərhələsindən start verəcəklər. Onlar bu raunda müvafiq olaraq, avstriyalı Benedikt Huber, fransalı Zelimxan Hacıyev, ukraynalı Vasil Sovanı sınağa çəkəcəklər.
Görüşlər hər gün Bakı vaxtı ilə saat 12:30-da start götürəcək. Yarımfinallar 18:45-də, medallar uğrunda qarşılaşmalar isə 20:00-da başlayacaq.
Yarışa aprelin 13-də yekun vurulacaq.
Azərbaycan ilk dəfə UFC turniri...
Avropa çempionatı: Azərbaycan güləşçisi...
Azərbaycan boksçularının Gimnaziadada...
Gimnaziada: Azərbaycan cüdoçuları ilk...
“Los-Anceles-2028” Yay Olimpiya...