Reyunyon: Çikunqunya epidemiyasından ölənlər var
Hind okeanında yerləşən Fransanın dənizaşırı ərazisi Reyunyon adasında çikunqunya epidemiyası narahatlıq doğurub. Adada “pələng” adlanan ağcaqanadlar tərəfindən yayılan epidemiyadan ölüm halları qeydə alınıb.
Fhnews.az xəbər verir ki, Regional Səhiyyə Agentliyinin məlumatına görə, vəziyyət kritikdir və həftədə 10 mindən çox yoluxma baş verir. Epidemiya pik nöqtədədir.
Xəstəxanalardakı gərginliyi idarə etmək üçün ağ plan - müəyyən əməliyyatların ləğv edilməsinə və ya məzuniyyətdə olan xəstəxana işçilərinin geri çağırılmasına imkan verən sistem işə salınıb.
Epidemiyanın adanın cənubunda başladığı və böyük infeksiya qruplarının olduğu, xəstəxanalarda çarpayıların kifayət qədər olmadığı bildirilir.
Artıq iki nəfərin pələng ağcaqanadının yoluxdurduğu virusdan öldüyü və yarısı körpələrdən ibarət olan 31 ağır yoluxma hadisəsi rəsmən qeydə alınıb.
Misir beş il ərzində Süveyş kanalından...
Çin kosmosda yeni dövrə başlayır: Yer-Ay...
Alimlər ilk dəfə laboratoriyada insan...
Londonda nəhəng balina heykəli diqqəti...
Dənizin dərinliklərində nəhəng kalamar...