17 aprel 2025, cümə axşamı Bakı, 11°C
IMG-LOGO

İki ölkə arasında diplomatik böhran

08-04-2025
IMG

Əlcəzairin hava məkanını pozan Maliyə məxsus silahlı müşahidə pilotsuz təyyarəsi vurulub. Bu hadisədən sonra Əlcəzair Xarici İşlər Nazirliyi Əlcəzairin hava məkanını dəfələrlə pozduğuna görə Maliyə uçuşlara qadağa qoyduğunu açıqlayıb.

Əlcəzairin Müdafiə Nazirliyi aprelin 1-də ölkənin hava məkanını pozduğu üçün Sahara çölündə Tinzaouaten bölgəsi yaxınlığında silahlı müşahidə aparatını vurduğunu və dronun qalıqlarının sərhəddən 9,5 kilometr cənubda tapıldığını açıqlayıb.

Əlcəzair Xarici İşlər Nazirliyi dünən açıqlayıb ki, hadisə ilə bağlı məlumatlar, o cümlədən radar fotoşəkilləri Əlcəzairin hava məkanının 1,6 km pozulduğunu göstərib. Nazirlik açıqlamasında bildirib ki, Əlcəzairin hava məkanının dəfələrlə pozulması səbəbindən Maliyə bütün uçuşlar qadağan edilib.

Mali də Əlcəzairin bu addımına cavab verib. Malinin Nəqliyyat və İnfrastruktur Nazirliyi açıqlamasında bildirib ki, Əlcəzairin "beynəlxalq terrorizmi dəstəkləməkdə israrlı olduğu" əsası ilə Malinin hava sahəsi bütün Əlcəzair təyyarələri üçün bağlanıb.

Paylaş: