Konqoda sel fəlakəti nəticəsində ölənlərin sayı artıb
Konqo Demokratik Respublikasının paytaxtı Kinşasada leysan yağışların səbəb olduğu seldə ölənlərin sayı 33-ə yüksəlib.
Ölkənin Daxili İşlər Naziri Jakmen Şabani açıqlamasında bildirib ki, daşqın Kinşasanın bir çox bölgəsinə böyük ziyan vurub, onlarla insan yaralanıb, çoxlu evlər dağılıb.
Sel fəlakətində ölənlərin sayının 22-dən 33-ə yüksəldiyini bildirən Şabani təbii fəlakətdən sonra Kinşasada silahlı qüvvələr, bəzi nazirliklər və əyalət səlahiyyətliləri ilə koordinasiyalı şəkildə təxliyyə planlarını həyata keçirmək və fövqəladə hallara müdaxilə qruplarını yerləşdirmək üçün böhran idarəsi birliyinin yaradıldığını açıqlayıb.
Bildirilir ki, şəhərin bir çox əsas yollarını su basıb, böyük məhəllələrdə elektrik və su kəsilib.Şiddətli yağışların davam edəcəyi gözlənilən şəhərdə ölənlərin sayının artacağı ehtimal edilir.
Qeyd edək ki, təxminən 18 milyon əhalisi olan Kinşasada daşqınlar, infrastruktur çatışmazlıqları və qeyri-adekvat şəhər planlaması səbəbindən hər il tez-tez ölümlər baş verir.
Misir beş il ərzində Süveyş kanalından...
Çin kosmosda yeni dövrə başlayır: Yer-Ay...
Alimlər ilk dəfə laboratoriyada insan...
Londonda nəhəng balina heykəli diqqəti...
Dənizin dərinliklərində nəhəng kalamar...