Praqa zooparkında nəsli kəsilməkdə olan heyvan növlərindən balalar doğulub
Praqa zooparkında ziyarətçilər indi nadir Vaqner pekarilərinin yeni doğulmuş balalarını görə bilərlər.
Fhnews.az xəbər verir ki, donuzların nəslinə aid olan bu cütdırnaqlı heyvanların üç balası dünyaya gəlib və “Düzənliklər” adlı ekspozisiyada yerləşdiriliblər. Zoopark əməkdaşlarının sözlərinə görə, balaların vəziyyəti yaxşıdır.
1970-ci illərə qədər Vaqner pekariləri nəsli kəsilmiş və tarixə qovuşmuş hesab olunurdu. Onların vətəni olan Cənubi Amerikada meşələrin qırılması səbəbindən hazırda cəmi bir neçə min baş qalmaqdadır. Donuzkimilərə bənzəsələr də, pekarilər tüklərini pırpızlaşdıraraq həcmini artırır və bununla da yırtıcıları qorxuda bilirlər.
Praqa zooparkı Vaqner pekarilərini 2016-cı ildən bəri yetişdirir və 2019-cu ildə ilk dəfə bu növün çoxalmasına nail olub. Bununla da zoopark Avropada bu uğura imza atan üçüncü zooparka çevrilib.
Misir beş il ərzində Süveyş kanalından...
Çin kosmosda yeni dövrə başlayır: Yer-Ay...
Alimlər ilk dəfə laboratoriyada insan...
Londonda nəhəng balina heykəli diqqəti...
Dənizin dərinliklərində nəhəng kalamar...