21 aprel 2025, bazar ertəsi Bakı, 20°C
IMG-LOGO

Cənubi Koreyada prezident seçkilərinin vaxtı açıqlanıb

07-04-2025
IMG

Cənubi Koreyada prezident seçkilərinin iyunun 3-də keçiriləcəyi bildirilib.Cənubi Koreyanın “Yonhap” agentliyinin hökumət mənbələrinə əsaslanaraq verdiyi xəbərə görə, sözügedən tarixin prezident səlahiyyətlərini icra edən baş nazir Han Duk-sunun başçılığı ilə sabah keçiriləcək kabinet iclasında təsdiqlənməsi gözlənilir.

Konstitusiya Məhkəməsinin impiçment qərarından sonra ölkədə ən geci 60 gün ərzində növbədənkənar prezident seçkiləri keçirilməlidir.Tarix təsdiq olunarsa, seçki təqviminə əsasən, namizədlər ən geci mayın 11-dək müraciət edəcək və mayın 12-də seçki kampaniyasına start veriləcək.

Yeni prezident iyunun 3-də keçiriləcək seçkilərdən sonra vəzifəsinin icrasına başlayacaq.

Paylaş: