17 aprel 2025, cümə axşamı Bakı, 13°C
IMG-LOGO

ABŞ Çinə 104 faiz rüsum tətbiq edib

08-04-2025
IMG

Ağ Ev ABŞ prezidenti Trampın Çinə 50 faiz əlavə gömrük rüsumunun tətbiqi qərarının həyata keçiriləcəyini açıqlayıb. Beləliklə, ABŞ-nın Çinə tətbiq etdiyi tarif dərəcəsi 104 faizə yüksəlib.

Ağ Evdən verilən açıqlamada, ABŞ prezidenti Donald Trampın dünən ilk dəfə bəhs etdiyi Çinlə bağlı əlavə vergi tətbiqinin həyata keçiriləcəyi açıqlanıb. Tramp deyib ki, Çin çərşənbə axşamı ABŞ vaxtı ilə günortaya qədər cavab rüsumlarını qaldırmasa, ölkəyə 104 faizlik tariflər tətbiq edəcək.

Ağ Ev 104 faizlik tarifin Çinin verilən vaxt çərçivəsində cavab rüsumlarını qaldıra bilməməsindən sonra aprelin 9-dan etibarən tətbiq ediləcəyini açıqlayıb.

Trampın keçən həftə etdiyi son tarif açıqlaması bir-birinin ardınca ölkələrin reaksiyasına səbəb olub. Sözügedən tariflər Çinə 34 faizlik yeni gömrük rüsumunun tətbiqini nəzərdə tuturdu.

Buna cavab olaraq, Çin ABŞ-na eyni nisbətdə cavab rüsumları tətbiq edəcəyini elan edib. Tramp Çinin bu addımdan geri çəkilməyəcəyi təqdirdə əlavə 50 faiz tarif tətbiq edəcəyini bəyan etmişdi. Beləliklə, ABŞ prezidentinin Çinə tətbiq etdiyi ümumi vergi 104 faizə çatıb.

Paylaş: