Mart ayı ərzində 19 aptekdə yoxlama aparılıb
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən cari ilin mart ayı ərzində 19 aptekdə yoxlama aparılıb.
Fhnews.az xəbər verir ki, bu barədə Analitik Ekspertiza Mərkəzi məlumat yayıb.
Bildirilib ki, Bakı şəhəri üzrə 8, respublikanın digər şəhər və rayonlarında isə 11 aptek olmaqla, 17 aptekdə planlı, bir aptekdə plandankənar və bir aptekdə isə yoxlamadan kənar təftiş aparılıb. Yoxlamalar zamanı 7 aptekdə nöqsanlar aşkarlanıb. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1, 452.1 və 452.3 maddələri üzrə protokollar tərtib edilib.
İsmayıllıda zəlzələ qeydə alınıb...
Leysan xarakterli intensiv və güclü...
FHN: Sabunçuda tuneldən suyun çəkilməsi...
ADY gücləndirilmiş iş rejimində...
DİN: Yola çıxarkən ehtiyatlı olun, yol...