Ötən il Azərbaycanın hava məkanından tranzit uçuşlar iki dəfə artıb
Bu gün “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) aviasiya tarixinə yeni bir səhifə açmasından 33 il ötür.
AZAL-dan bildirilib ki, 1992-ci ildən bəri AZAL ölkəmizin qlobal aviasiyada təmsilçisi, regionumuzun dünyaya çıxışının təminatçısı olub. Prezident İlham Əliyevin göstərişinə əsasən korporativ mühitə keçən şirkət aviasiyada yeniliklərin tətbiqini və mükəmməlliyi hədəfləyib.
2022-ci illə müqayisədə istiqamətlərin sayı 2024-cü ilə nisbətən iki dəfədən çox artaraq 27-dən 63-ə çatıb. 2022-ci ildə 2,2 milyon nəfər olan sərnişin sayı 2024-cü ildə 4 milyon nəfərə qədər artıb. AZAL “Boeing” və “Airbus” təyyarələrinin alınması üzrə, həmçinin “AerCap” və “CDB Aviation” şirkətləri ilə “Airbus” təyyarələrinin icarəsi üzrə müqavilələr imzalayaraq 2030-cu ilə qədər 20-dən çox yeni hava gəmilərini müasirləşən təyyarə parkına daxil olmasını və ümumilikdə sifariş həcminin artırılmasını planlaşdırır.
AZANS-ın peşəkar fəaliyyəti nəticəsində Azərbaycanın hava məkanı üzərindən keçən ümumi uçuşların sayı 2022-ci illə müqayisədə 2024-cü ildə 83 faiz artıb. Tranzit uçuşlarda isə sözügedən ilə nəzərən 2024-cü ildə yüz faiz artıma nail olunub.
Heydər Əliyev Beynəlxalq Aeroportu üzrə də müsbət dinamika müşahidə olunur. Xidmət göstərilən istiqamətlərin sayı 2022-ci ilə nəzərən 67-dən 2024-cü ilin göstəricilərinə əsasən 81-ə yüksəlib, sərnişin sayı isə eyni illə müqayisədə 4,4 milyondan 2024-də 7,5 milyona qədər artıb.
Hacıqabul Sənaye Parkında 280 milyon...
Azərbaycanda birinci texniki dərəcəli...
Agentlik: Birinci rübdə istehlakçılara...
Ağdam-Xankəndi dəmir yolu xəttinin...
Bu il Azərbaycana özəl daşıyıcılar...