Arxeoloqlar İsanın məzarını tapdıqlarını iddia edir
İsanın həyatı və ölümünün təfərrüatları bütün dünyada möminlər üçün hər zaman böyük maraq doğurub.İllər boyu İsanın tam olaraq harada dəfn edildiyi ilə bağlı çoxlu mübahisələr olsa da, bir qrup İtaliyalı alim ve arxeoloq İsanın çarmıxa çəkilməsi və dəfn edilməsi ilə bağlı “İncil”də yer alan fikirləri dəstəkləyən dəlillər tapdıqlarını deyirlər.
Sözügedən kəşfin mərkəzində fosilləşmiş bitkilər dayanır.
“İncil”dəki rəvayətə görə, Yerusəlimdəki Müqəddəs Qəbir kilsəsi İsanın çarmıxa çəkildiyi yerin yaxınlığında yerləşir. Vəfatından sonra Hz. İsanın cəsədinin bu əraziyə yaxın yerdə basdırıldığı bildirilir. Beləki “İncil”də mövzu ilə bağlı belə bir ifadə yer alıb : "İsanın çarmıxa çəkildiyi yerdə bir bağ olub və o bağda əvvəllər heç kimin basdırılmadığı yeni bir qəbir var.”
Romadakı Sapienza Universitetinin arxeoloqları 2000 il əvvələ aid zeytun ağacları və üzüm qalıqları tapıblar. Bu, həm də müqəddəs kitabda adı çəkilən “bağ”ın sübutu kimi qəbul edilir.
Tədqiqat üzrə aparıcı arxeoloq Francesca Romana Stasolla “Times of Israel” qəzetinə müsahibəsində deyib ki, arxeoloji tapıntılar olduqca maraqlıdır. ”İncil”də Qolqota (Xaç dağı) ilə məzar arasında yaşıllıq sahəsi qeyd olunur və onlar əkinçiliklə məşğul olan ərazini müəyyən ediblər.
Arxeoloqlar hazırda bölgədə Pasxa bayramı qeyd etmələri səbəbindən qazıntı işlərinə ara verdiklərini, lakin sonra araşdırmaya davam edəcəklərini bildiriblər. Onların məqsədi bölgənin və şəhərin qədim tarixini daha çox öyrənməkdir.
Dünya okeanları bənövşəyi rəngə çevrilə...
Kompüter tomoqrafiyası səbəbindən...
Misir beş il ərzində Süveyş kanalından...
Çin kosmosda yeni dövrə başlayır: Yer-Ay...
Alimlər ilk dəfə laboratoriyada insan...