17 aprel 2025, cümə axşamı Bakı, 13°C
IMG-LOGO

Azərbaycan və Pakistan arasında əsas investisiya layihələri və memorandumlar müzakirə edilib
 

08-04-2025
IMG

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun aprelin 8-də İslamabadda səfəri zamanı Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında əsas investisiya layihələri və iki ölkə arasında nəzərdən keçirilən memorandumlar müzakirə edilib.

Fhnews.az xəbər verir ki, Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Darın rəhbərlik etdiyi nümayəndə heyəti Pakistanda səfərdə olan Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti ilə danışıqlar aparıb.

Hər iki ölkə təşəbbüslərin yekunlaşdırılmasını sürətləndirmək barədə razılığa gəliblər.

Paylaş: