7-ci ADA Siyasi Forumunun iştirakçıları Füzuli Beynəlxalq Hava Limanına gəliblər
ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə aprelin 8-də Xankəndi şəhərindəki Qarabağ Universitetində “Yeni Dünya Nizamına Doğru” mövzusunda 7-ci ADA Siyasi Forumu keçiriləcək.
Fhnews.az xəbər verir ki, səhər saatlarında “Yeni Dünya Nizamına Doğru” mövzusunda 7-ci ADA Siyasi Forumunun iştirakçılarının Qarabağa səfəri başlayıb.
Qonaqlar forumdan öncə Füzuli Beynəlxalq Hava Limanına gəlib.
Qeyd edək, forumda 44 ölkədən 80-dən çox beynəlxalq ekspert, beyin mərkəzlərinin nümayəndələri iştirak edirlər.
Azərbaycan və İran Xarici İşlər...
Gürcüstan Prezidentinin Azərbaycana...
Gürcüstan Prezidenti ilə Milli Məclisdə...
Azərbaycan və Sloveniya parlament...
Milli Məclisdə Azərbaycanla Türkiyə...