UNEC universitetlər arasında ilk dəfə olaraq dünyanın elmi baza və platformalarına çıxış imkanı əldə edib
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 95 illik yubileyi ərəfəsində ölkədə və universitetlər arasında növbəti ilklərə imza atıb.
Bu barədə UNEC-dən bildirilib.
Belə ki, ölkədə ilk dəfə olaraq, UNEC-də tədqiqatçılar üçün “Web of Science” Research Assistant süni intellekt alətindən istifadə etmək imkanı yaradılıb. Bu süni intellekt aləti tədqiqatçıların sorğularını analiz edərək, onlara uyğun ədəbiyyat və resursları təqdim edir. Eyni zamanda, mövzunun tədqiqat dinamikasının illər üzrə vizual siyahısını hazırlayaraq, ən yaxşı 10 müəllif profilini müəyyənləşdirir.
Növbəti yenilik isə UNEC-in ölkədə ilk dəfə olaraq, ProQuest Dissertations & Theses Global (PQDT) platformasına çıxış imkanı əldə etməsidir.
Bu platforma vasitəsilə UNEC tədqiqatçıları 3100-dən çox institutda istifadə olunan 3,6 milyon dissertasiyaya çıxış imkanı əldə edərək, yüksəkkeyfiyyətli akademik resurslarla tanış ola biləcəklər. Platforma, həmçinin tədqiqatçıların öz sahələri üzrə ən son tendensiyaları izləməsini və ən yüksək istinad almış dissertasiyalara çıxışını təmin əldə edəcək.
UNEC-in ölkə universitetləri arasında həyata keçirdiyi yenilik InCites Benchmarking & Analytics platformasından istifadə etmək imkanıdır. Platforma istifadəçilər üçün UNEC haqqında elmmetrik məlumatların təhlil olunmasında, universitetin inkişaf planının, həmçinin tədqiqat strategiyasının hazırlanmasında əvəzsiz alət rolunu oynayacaq. Eləcə də akademik performansı digər universitetlərlə müqayisə etmək, aparılan tədqiqatların təmsil etdikləri qurumun və ölkə elminin inkişafına verdiyi töhfəni ölçməyə imkan yaradacaq. Aparılan təhlillər nəticəsində universitetin ən yaxşı olduğu sahələri və inkişaf etdirilməsi zəruri olan istiqamətləri də müəyyənləşdirmək mümkün olacaq.
Ali təhsil müəssisələrinə sınaq...
Aprelin 20-də 54 minə yaxın IX sinif...
BANM ilə İspaniya universitetləri...
Azərbaycan dili üzrə sertifikasiya...
Agentlik: Ümumi və məktəbəqədər təhsil...