ADA Universitetinin təşəbbüsü ilə Akademik Məqsədlər üçün 7-ci İngilis Dili Olimpiadası keçirilib
ADA Universitetinin təşəbbüsü, Elm və Təhsil Nazirliyinin dəstəyi, “Baku Education Information Center”, “STI Travel” və “BESTCOMP GROUP” şirkətlərinin tərəfdaşlığı ilə Akademik Məqsədlər üçün 7-ci İngilis Dili Olimpiadasının ilk mərhələsi keçirilib.
Bu barədə ADA Universitetindən məlumat verilib.
VIII-IX sinif şagirdləri arasında keçirilən müsabiqənin birinci mərhələsində ümumilikdə 1674 şagird iştirak edib. Onlardan 1314 nəfəri ADA Universitetinin Bakı kampusunda, 200 nəfəri Gəncə şəhərindəki Mir Cəlal Paşayev adına 39 nömrəli məktəbdə, 105 nəfəri Naxçıvan Muxtar Respublikasındakı Heydər Əliyev adına məktəbdə, 55 nəfəri isə ADA-nın Qazax Mərkəzində müsabiqəyə qatılıb.
Şagirdlər 80 dəqiqə ərzində ingilis dilinin qrammatikası və oxu bacarıqları ilə bağlı 50 yazılı sualı cavablandırıblar.
Olimpiada çərçivəsində, həmçinin valideynlər üçün Bakıda Məlumat sessiyası təşkil edilib, onlara ADA İbtidai və Orta Məktəbində təhsil barədə ətraflı informasiya verilib.
Birinci mərhələdən yüksək bal toplamış şagirdlər aprelin 19-u ADA Universitetində ikinci - dinləmə və yazı mərhələsinə qatılacaqlar. İkinci mərhələdən yüksək nəticə toplamış iştirakçılar isə növbəti şifahi nitq bacarığı mərhələsinə dəvət olunacaqlar.
Sonda ilk yerin sahibi “Baku Education Information Center” və “STI Travel OJSC"nin dəstəyi ilə Böyük Britaniyada keçiriləcək Qlobal Gənc Liderlər proqramında iştirak etmək imkanı qazanacaq.
İkinci və üçüncü yerlərin sahibləri də “BESTCOMP GROUP” şirkətinin dəstəyi ilə kompüter, planşet kimi mükafatlarla təltif olunacaqlar. Bundan əlavə, müsabiqədə yüksək nəticə əldə edən ilk 300 şagirdə sertifikat təqdim olunacaq.
Qeyd edək ki, Olimpiadanın məqsədi məktəblilərin akademik məqsədlər üçün ingilis dili biliklərini qiymətləndirmək və onları daha da inkişaf etdirməyə təşviq etməkdir.
Ali təhsil müəssisələrinə sınaq...
Aprelin 20-də 54 minə yaxın IX sinif...
BANM ilə İspaniya universitetləri...
Azərbaycan dili üzrə sertifikasiya...
Agentlik: Ümumi və məktəbəqədər təhsil...