Yaponiya Şimali Koreyaya qarşı sanksiyaları daha 2 il uzadacaq
Yaponiya Nazirlər Kabinetinin baş katibi Hayaşi Yoşimasa ölkəsinin Şimali Koreyaya qarşı sanksiyalarının daha iki il müddətinə uzadılacağını açıqlayıb.“Japan Times” qəzetinin məlumatına görə, sanksiyalara Şimali Koreya gəmilərinin Yaponiya limanlarına daxil olması və iki ölkə arasında ticarətin qadağan edilməsi aiddir.
Hayaşi vurğulayıb ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının sanksiya qərarları yerinə yetirilməlidir.Bir çox ölkələr Şimali Koreyanın nüvə proqramlarını təhlükə kimi qəbul etsə də, 1970-1980-ci illərdə Şimali Koreya tərəfindən saxlanılan Yapon vətəndaşları ilə bağlı Tokio və Pxenyan arasında problem davam edir.
Dünya okeanları bənövşəyi rəngə çevrilə...
Kompüter tomoqrafiyası səbəbindən...
Misir beş il ərzində Süveyş kanalından...
Çin kosmosda yeni dövrə başlayır: Yer-Ay...
Alimlər ilk dəfə laboratoriyada insan...