17 aprel 2025, cümə axşamı Bakı, 11°C
IMG-LOGO

Azərbaycanın daha 5 sərbəst güləşçisi Avropa çempionatında mübarizəyə başlayır

08-04-2025
IMG

Bu gün Azərbaycanın daha 5 sərbəst güləşçisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında mübarizəyə başlayacaq.

Fhnews.az xəbər verir ki, turnirə 1/4 finaldan start verəcək Nurəddin Novruzov (61 kiloqram) və Georgi Meşvildeşvilinin (125 kiloqram) rəqibləri hələlik bəlli deyil.

Ağanəzər Novruzov (74 kiloqram) və Arseni Cioyev (86 kiloqram) təsnifat mərhələsində müvafiq olaraq, Yahor Akuliç (UWW və Artur Naifonovla (UWW) qarşılaşacaqlar. Osman Nurmaqomedov (92 kiloqram) isə 1/8 finalda Denis Saxalyuku (Ukrayna) sınağa çəkəcək.

Bu gün, həmçinin Orxan Abasov (79 kiloqram) təsəlliverici, İslam Bazarqanov (57 kiloqram), Əli Rəhimzadə (65 kiloqram) və Kənan Heybətov (70 kiloqram) bürünc medal uğrunda görüşlərdə qüvvələrini sınayacaqlar.

Qeyd edək ki, Avropa çempionatına aprelin 13-də yekun vurulacaq.

Paylaş: