Gimnaziada: Azərbaycan qılıncoynadanı bürünc medal qazanıb
Serbiyanın Nova Varoş şəhərində keçirilən Gimnaziada İdman Oyunlarında qılıncoynatma yarışlarının sablya növündə yarımfinal oyunlarına start verilib.
Fhnews.az xəbər verir ki, Azərbaycan təmsilçisi Gəray Məmmədli 1/2 finalda Muhəmmədmətin Şahidi ilə qarşılaşıb. Gərgin keçən görüş rəqibin 15:9 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da G. Məmmədli bürünc medal əldə edib.
Bu gün mübarizə aparan digər idmançılarımız Abdulmalik Nəsibzadəyə və Nəcəf Şabanlı isə 1/4 finalda mübarizəni dayandırıblar.
Qeyd edək ki, bu gün start götürən və 12-də başa çatacaq yarışda 56 ölkənin 2742 idmançısı mübarizə aparacaq. Azərbaycan 18 idman növündə - idman gimnastikası (Novi-Sad), kamandan oxatma, 3x3 basketbol, çimərlik voleybolu, boks, şahmat, tennis (Zlatibor), badminton, parabadminton, üzgüçülük, paraüzgüçülük, stolüstü tennis (Ujiçe), taekvondo, karate (Pojeqa), cüdo, güləş (Luçani), qılıncoynatma (Nova-Varoş), atletika (Priboy) üzrə ümumilikdə 191 idmançı ilə təmsil olunacaq.
Avropa çempionatı: Azərbaycanın üç...
Avropa çempionatı: Azərbaycanın iki...
Gimnaziada: Azərbaycan taekvondo millisi...
Avropa çempionatı: Azərbaycanın üç...
Azərbaycanda deflimpiyanın inkişafı...