Cəlilabad və Masallının bir sıra kəndlərində elektrik təsərrüfatı yenilənir
Prezident İlham Əliyevin tapşırıqlarına əsasən vətəndaşların dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə “Azərişıq” ASC paytaxt və regionlarda yenidənqurma işlərini davam etdirir. Cəlilabad və Masallının bir sıra kəndlərində də elektrik şəbəkəsi tamamilə yenilənir.
Fhnews.az “Azərişıq” ASC-nin məlumatına istinadla xəbər verir ki, Cəlilabad rayonunun 3 kəndində – Komanlı, Rüstəmabad və Bəcirəvanda 0.4 və 10 kV-luq yeni metal dayaqlar əkilir, müasir elektrik xətləri çəkilir. Hər 3 kənddə açıq naqillərin yerinə müasir tipli Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN) çəkilir. Köhnəlmiş sayğaclar həyətyanı sahələrdən kənarlaşdırılaraq yeni smart sayğaclarla əvəz olunur. Ümumilikdə 9 Kompleks Transformator Məntəqəsinin quraşdırılması nəzərdə tutulub.
Masallının Köhnə Alvadı kəndində ötən əsrin 60-cı illərində quraşdırılan elektrik şəbəkəsi də yenisi ilə əvəzlənir. Kənddə 0.4 kV-luq Özünüdaşıyan İzolyasiyalı Naqillərin (ÖİN) çəkilişi və yeni sayğacların quraşdırılması davam edir. Həmçinin elektrik enerjisinə artan tələbat nəzərə alınaraq 10 Kompleks Transformator Məntəqəsi quraşdırılacaq. Lürən kəndində isə 0.4 kV-luq dayaqların basdırılması, elektrik xətlərinin yenilənməsi işləri başa çatıb. Hazırda 10 kV-luq yeni dayaqlar quraşdırılır, ÖİN-3 kabel xətləri çəkilir.
İstehlakçıları keyfiyyətli elektrik enerjisi ilə təmin etməklə yanaşı elektrik enerjisi itkilərini minimuma endirməyi hədəfləyən “Azərişıq” ASC Cənub regionu ilə yanaşı ölkənin bütün bölgələrində, eləcə də işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda quruculuq və əsaslı təmir işlərini davam etdirir.
Muxtar Babayev: COP29 konfransı...
Cəlilabad və Masallının bir sıra...
İlin əvvəlindən 11,6 min şəxsə əlillik...
Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu...
Bazar günü üçün hava proqnozu açıqlanıb...