9 aprel 2025, çərşənbə Bakı, 10°C
IMG-LOGO

Myanmadakı  zəlzələlər Qədim Ava şəhərini xarabalığa çevirib

04-04-2025
IMG

Mandalay bölgəsindəki Ava qədim şəhəri Myanmada baş verən 7,7 və 6,4 bal gücündə zəlzələlərdə tamamilə dağılıb.

“Myanmar Now” saytının məlumatına görə, zəlzələ zamanı antik şəhər, o cümlədən oradakı tarixi paqodalar və dini tikililərə ciddi ziyan dəyib.

Ölkənin ikinci ən böyük şəhəri Mandalaydan təxminən 10 kilometr aralıda, Ava qədim şəhəri yaxınlığındakı Tada-U qəsəbəsində məşhur turist məkanı olan qüllənin uçması nəticəsində üç nəfər həyatını itirib.

Zəlzələnin ən çox hiss olunduğu qəsəbədə 300-dən çox insan həyatını itirib.

Yerli əhali şəhərdə binaların dağıldığını, bəzi insanların hələ də dağıntılar altında qaldığını bildirib.

Paylaş: