7 aprel 2025, bazar ertəsi Bakı, 13°C
IMG-LOGO

Hatayda dəniz sahilinə raket düşüb

06-04-2025
IMG

Türkiyənin Hatay bölgəsində fırtınanın yaratdığı dalğalar səbəbindən dəniz sahilinə raket düşüb. Hadisə Samandağ rayonu, Meydan rayonunda baş verib. Sahil Mühafizəsi və jandarma qrupları tərəfindən aparılan yoxlamalar zamanı sahilə çıxan raket aşkarlanıb. Dalğaların gətirdiyi güman edilən raket komandalar tərəfindən mühafizə olunub. Hadisə ilə bağlı istintaq başlayıb.

Paylaş: