9 aprel 2025, çərşənbə Bakı, 12°C
IMG-LOGO

Konqoda daşqın 30 nəfərin ölümünə yol açıb

06-04-2025
IMG

Konqo Demokratik Respublikasının paytaxtı Kinşasada həftəsonu yağan leysan yağışları nəticəsində baş verən daşqınlarda ən azı 30 nəfər həyatını itirib. Təxminən 17 milyon əhalisi olan Kinşasanın bir hissəsindən keçən Ndjili çayı güclü yağışlar nəticəsində daşıb və magistral yolu nəqliyyata bağlayıb. Sürücülər 24 saatdan çox yolda qalıblar. Paytaxtın bir çox nöqtəsində elektrik kəsilib, Kinşasa valisi Daniel Bumba Lubaki su infrastrukturunun zədələndiyini, lakin suyun 2-3 gün ərzində bərpa olunacağını açıqlayıb.

Paylaş: