Cənubi Koreyada yanğınsöndürmə vertalyotu qəzaya uğrayıb
Cənubi Koreyanın cənub-şərqindəki Daequ şəhəri yaxınlığında meşə yanğınına müdaxilə edən yanğınsöndürən vertalyotun qəzaya uğraması nəticəsində pilot həlak olub.
“Yonhap” xəbər verir ki, yanğınsöndürmə xidməti qəza ilə bağlı açıqlama verib. Bildirilir ki, Cənubi Koreya hökuməti martın 21-də Ulsan şəhəri, Şimali Gyeongsang və Cənubi Gyeongsang əyalətləri də daxil olmaqla cənub-şərq bölgələrində başlayan meşə yanğınları səbəbindən milli fəlakət vəziyyəti elan edib. Ölkə daxilində 16 fərqli nöqtədə meşə yanğınları nəticəsində minlərlə hektar ərazi külə dönüb, minlərlə insan təxliyə edilib.
Tam nəzarət altına alınan yanğınlarda 31 nəfərin həyatını itirdiyi, 45 nəfərin yaralandığı bildirilib.
Dominikanda əyləncə məkanının damının...
Avstriya rəqəmsal mesajlaşma...
Dünyanın ən kosmopolit şəhəri...
Filippində Kanlaon vulkanı püskürüb...
İzmit körfəzində neft tankerində yanğın...