Qəzaya düşən avtomobildəki sürücü xilas edilib (video)
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Xəzər rayonu, Qala qəsəbəsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “KİA” markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarındakı tikiliyə çırpılması nəticəsində yol-qəza hadisəsi baş verib və avtomobilin sürücüsü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1983-cü il təvəllüdlü Quliyev Vüqar İsgəndər oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
FHN-in Muğan Regional Mərkəzi Nazirliyin...
Azərbaycan Prokurorluğu ilə BMT-nin...
İsraillə Azərbaycan arasında səhiyyə...
Sığınacaq və Sosial Reabilitasiya...
AQTA ilə Moldovanın Milli Qida...