Fritillaria imperialis və ya Ters lalələr…
Qəm, kədər simvolu olan Tərs lalələr məlum olan ən qədim bəzək bitkisi soğanlı bitkilər ailəsinə aiddir. Bir çox dinlər və mədəniyyətlər üçün kədər simvolu kimi qəbul edilmiş və əfsanələrə mövzu olmuşdur. Xristian rəvayətlərinə görə, İsa Məsihin çarmıxa çəkilməsinə şahidlik edən bu çiçək Məryəmin göz yaşlarının axdığı yerdə tərs olaraq böyüməyə başlayir. Müsəlmanlar arasında dolaşan rəvayətlərə görə isə Kərbəlada Hz. Həsən və Hüseynin öldürülməsindən dolayı boynu əyri, rəngi qırmızıdır. Dillərdə dolaşan başqa bir rəvayətə görə isə Fərhat və Şirin adlı sevgili cütlüyün görüşə bilmədiyi üçün lalələrin boynu bükük qalıb.
19-cu əsrin sonlarına qədər Osmanlı torpaqlarına xas bir çiçək olaraq qalan tərs lalələr Anadolu coğrafiyasına aid endemik növdür. Osmanlı dövründə lalələr sümbüllər və nərgizlər qədər məşhur olub. 20-ci əsrin əvvəllərində aparılan tədqiqatlar və mütərəqqi bitki seleksiyası nəticəsində onun növləri çoxalmışdır. Bu gün dünyada tərs lalənin 165 növü məlumdur.
Adətən soyuq iqlimlərdə rast gəlinən bu çiçək təbii şəraitdə Türkiyədə Tunceli, Afşin, Şırnak, Ərzurum, Adıyaman və Hakkaridə bitir. Anadoludan şərqə doğru İran, Əfqanıstan, Pakistan və Himalaya qədər Asiya ölkələrində də tərs lalələrə rast gəlmək olar. Çox soyuq havalarda yarpaqları donsa da günəşi gördükdə yenidən böyüməyə davam edən bu çiçəyə Türkiyədə “ağlayan gəlin” və ya “kədər çiçəyi” də deyirlər. Müxtəlif rəng seçimlərinin mövcudluğu bitkiyə estetik görünüş qatır. Adətən hər budaqda altı çiçək var. Çiçəkləri yarandığı andan etibarən tərs böyüyür.
Tədqiqatçılar yaşlanmanın sümük...
ABŞ-ın mərkəzində daşqınlar 16 nəfərin...
Alimlər mikroRNT-lərin Purkinje...
Almaniyanın ən məşhur gölü quruyur...
Hatayda dəniz sahilinə raket düşüb...