Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Sergey Məlikovdan
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Novruz bayramı münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.
Qədim dövrlərdən bəri dünyanın müxtəlif yerlərində yaşayan milyonlarla insan üçün bu bayram baharın gəlişini, təbiətin oyanmasını, həyatın yenidən başlanmasını, yaradıcılıq gücünü simvolizə və ifadə edir.
Qonaqpərvərlik və mehriban qonşuluq kimi ən gözəl xalq ənənələrini ehtiva edən Novruz bayramı cəmiyyətdə dostluğun və qarşılıqlı anlaşmanın möhkəmlənməsində xüsusi əhəmiyyət kəsb edir. Bu dəyərləri qoruyub saxlamaq və nəsildən-nəslə ötürmək çox vacibdir. Onlar əbədi mərhəmət, xeyirxahlıq və yaxınlara qayğı göstərmək ideallarına əsaslanır və bu gün də ümumbəşəri əhəmiyyətə malikdir.
Qoy yeni bahar Sizin və ölkənizin bütün qardaş xalqı üçün sevinc və xoş dəyişikliklərlə yadda qalsın!
Sizə bahar əhvali-ruhiyyəsi və cansağlığı diləyirəm.
Hörmətlə,
Sergey Məlikov
Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri
ISESCO-nun Baş direktoru Salim bin...
Neft İxrac edən Ölkələr Təşkilatının...
Livan Respublikasının sabiq Baş naziri...
Fələstin Dövlətinin Prezidenti, Fələstin...
Əfqanıstan İslam Əmirliyinin Baş naziri...