Bayram günlərində bölgələrə və əks istiqamətə 130 minə yaxın sərnişin daşınıb
Respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar 19-31 mart tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilən məlumata görə, şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişin daşımalarının fasiləsiz və qrafiklərə uyğun həyata keçirliməsinə AYNA tərəfindən nəzarət olunub.
Gücləndirilmiş iş rejimi ərzində paytaxtdan bölgələrə və əks istiqamətə 7386 reys həyata keçirilib, 130 minə yaxın sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb. Bu, son illərin rekord göstəricisidir. Adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçün əlavə 300-dən çox reys həyata keçirilib.
Biletlər avtovağzalın kassalarından, eləcə də “biletim.az” portalı vasitəsilə onlayn qaydada sərnişinlərə təqdim edilib.
Qeyd edək ki, 19-20 mart tarixlərində sərnişinlərin 48 faizi biletlərini onlayn qaydada “biletim.az” portalından əldə edib. Digər günlərdə bu göstərici 25-30 faiz təşkil edib.
Bakıdan bölgələrə və əks istiqamətdə daşınan sərnişinlərin tələbatı tam qarşılanıb.
“Orta və kiçik biznesin inkişafında...
Hesablama Palatasının kollegiya iclası...
Auditorlar Palatasının nümayəndə heyəti...
Abşeron dairəvi marşrutu üzrə FLIRT...
Bayram günlərində qatarlarla daşınan...