İtaliyada işsizlik səviyyəsi 2007-ci ildən bəri ən aşağı göstəriciyə enib
İtaliyada fevral ayında işsizlik səviyyəsi 5,9 faiz təşkil edib. Bu, 2007-ci ildən bu vaxtadək ən aşağı göstəricidir.
Fhnews.az xəbər verir ki, İtaliya Milli Statistika İnstitutunun (ISTAT) məlumatına görə, fevralda işsizlərin sayı yanvarla müqayisədə 79 min, keçən ilin eyni ayına nisbətdə 342 min azalaraq 1 milyon 517 min nəfərə düşüb.
Ölkə üzrə məşğulluq səviyyəsi isə 63 faizə çatıb. Fevralda məşğulluğun artımı yanvar ayına nisbətən 47 min, ötən ilin eyni ayı ilə müqayisədə 567 min nəfər olub. Məşğul əhalinin sayı 24 milyon 332 min nəfərə yüksəlib. Son 20 ildə 50 yaşdan yuxarı işçilərin sayı təxminən 5 milyon nəfər artıb.
Bundan başqa, ötən 10 ildə isə 352 min gənc İtaliyanı tərk edib.
Rusiyanın İrkutsk əyalətində təyyarə...
Çin alimləri "süni günəş" kimi də...
Skopyedə daşqın...
Nepalda benqal pələnglərinin sayı son 12...
Antalyada yağışdan sonra dənizin rəngi...