2 aprel 2025, çərşənbə Bakı, 15°C
IMG-LOGO

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku keçiriləcək

01-04-2025
IMG

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku təşkil olunacaq.

Fhnews.az Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, turnir Milli Gimnastika Arenasında keçiriləcək.

Üç gün davam edəcək yarışda gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə öz bacarıqlarını sərgiləyəcəklər.

Ənənəyə uyğun olaraq, turnirdə da ən çox icra xalını toplamış gimnast və qrup komandasına “AGF Trophy” kuboku təqdim olunacaq.

Qeyd edək ki, Dünya Kuboku aprelin 18-20-də reallaşacaq.

Paylaş: