Xocavənd rayonunda improvizə edilmiş partlayıcı qurğu aşkarlanıb
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinə (ANAMA) Daxili İşlər Nazirliyi vasitəsilə daxil olan müraciətə əsasən agentliyin əməkdaşları tərəfindən Xocavənd rayonunun Bulutan kəndi ərazisində aparılan əməliyyatlar zamanı tərk edilmiş yaşayış evlərindən birində improvizə edilmiş, sürpriz partlayıcı qurğu aşkarlanıb.
Agentliyin mətbuat xidmətindən verilən məlumata görə, keçirilən əməliyyat zamanı qeyd olunmuş ərazidə 1 ədəd PQ-7L raketinin üzərinə 105 ədəd atıcı silah patronlarının yapışqan lentlə bağlanması və partlayışın həyata keçirilməsi üçün əl qumbarası partladıcısından istifadə etməklə tələ məftili vasitəsilə quraşdırılmış improvizə edilmiş partlayıcı qurğu aşkarlanıb. Həmçinin fikri yayındırmaq məqsədilə partlayıcı qurğunun ətrafına çoxlu sayda fotoşəkillər səpələyiblər ki, onlardan birinə toxunduqda tələ məftili işə düşsün.
Aşkar edilən partlayıcı qurğu agentlik əməkdaşları tərəfindən təhlükəsiz şəkildə ərazidən kənarlaşdırılıb. Məhz mülki təyinatlı ərazilərdə yerləşdirilən, sürpriz formaya salınmış bu kimi qurğular yüksək və ölümcül partlayış törətmək məqsədilə quraşdırılıb.
ANAMA bir daha vətəndaşları təhlükəsizliyinə əmin olmadıqları ərazilərə daxil olmamağa, tanımadıqları əşyalara toxunmamağa, şübhəli əşyaya rast gəldikdə dərhal 805, 102 və ya 112 qaynar xətlərinə məlumat verməyə çağırır.
Avropa İttifaqının nümayəndələri Ağdamda...
Almaniya Prezidenti Frank-Valter...
AQTA: Heyvan və quş qripi xəstəliyi ilə...
Azərbaycana idxal olunan bir sıra ət...
Loqoped autizmli uşaqlarda yaranan nitq...